“Milan” mövsümün tapıntısı üçün hərəkətə keçdi
“Bolonya”nın hücumçusu Coşua Zirkze “Milan” a keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.
“Milan” mövsümün tapıntılardan hesab edilən futbolçuya görə klubuna 40 milyon avro ödəməyə hazırdır. “Rossonerilər”in rəhbərliyi hazırda futbolçunun nümayəndələri ilə müqavilə ilə bağlı danışıqlar aparır.
Zirkze İtaliyada qalmaq istəyir.Buna görə də oyunçunun “Milan”a transferi yaxın günlərdə baş tuta bilər.
Qeyd edək ki, ötən mövsüm 23 yaşlı hücumçu “Bolonya”nın heyətində bütün turnirlərdə 37 oyun keçirib, 12 qol vurub və 4 məhsuldar ötürmə edib.
Aut.az
