Amorim onun qalmasını istəyir: Lazım olsa, gedib özüm gətirərəm
“Milan”ın yeni baş məşqçisi Ruben Amorim 2026/2027 mövsümü üçün yarımmüdafiəçi Luka Modriçi saxlamaq niyyətini açıq şəkildə təsdiqləyib.
İyun ayının sonunda müqaviləsi başa çatan xorvatiyalı yarımmüdafiəçinin klubun Çempionlar Liqasına vəsiqə qazana bilməməsi səbəbindən komandadan ayrılmağa meylli olduğu iddia edilirdi.
Aut.az xəbər verir ki, insayder Fabritsio Romano Amorimin sözlərini sitat gətirib:
“Modriçin qalmasını istəyirəm. Artıq Luka ilə danışmışam və lazım gələrsə, gedib onu şəxsən götürəcəyəm! İstəyirəm ki, Modriçin bu mövsüm bizimlə olsun”.
Modriç ötən yay “Real Madrid”dən “Milan”a azad agent olaraq keçib. O, ötən mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 2 qol vurub və 3məhsuldar ötürmə edib.
Aut.az
