Karyerasını bu halda bitirəcək: Belə olsa, deməli, işim bitmiş olacaq
Yüngül çəkidə keçmiş müvəqqəti UFC çempionu (70 kq-a qədər) amerikalı Castin Qetci karyerasını hansı halda bitirəcəyini cavablandırıb.
“Birbaşa sitat belədir: “Şəksiz çempion ola bilməyəcəyimi və ya bu titul uğrunda mübarizə apara bilməyəcəyimi başa düşdükdə, əllərimi yuxarı qaldırıb əlcəklərimi asa bilərəm. Amma o həddə çatmayacağını düşünürəm.
Gələn il çempion olacam? Kim bilir. Bunu proqnozlaşdırmaq olduqca çətindir. Keçən döyüşdəki kimi yenidən nokauta düşsəm, deməli, işim bitmiş olacaq. Mən bunu daha etməyəcəyəm. Ssenari təkrarlanarsa, bütün bunlar bitəcək”, – “BJ Penn” portalı Castinin sözlərini sitat gətirib.
Aut.az
