Onun da evini yağmaladılar
Yanvarın 13-də “Nyukasl”ın hücumçusu Joelinton “Mançester Siti” ilə oyununda (2:3) olarkən onun malikanəsini yarıblar.
Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, futbolçuya yerli təhlükəsizlik xidməti tərəfindən evə yad şəxslərin daxil olması barədə məlumat verilib, bundan sonra o, polisi çağırıb.
Lakin polis gələnə qədər qarətçilər malikanəni tərk ediblər. Hazırda onların axtarışı davam etdirilir. Oğrular evə daxil olan zaman mənzildə heç kimin olmadığı da vurğulanır.
Xatırladaq ki, bundan əvvəl “Mançester Siti”nin vingeri Cek Qrilişin evində quldurluq hadisəsi baş vermişdi, bu zaman soyğunçular 1 milyon funt-sterlinq dəyərində qızıl-zinət əşyalarını oğurlamışdılar.
Bundan başqa, bir neçə həftə əvvəl “Vest Hem”in müdafiəçisi Kurt Zumanın evinə oğrular daxil olub.
Aut.az
