“Napoli” gürcüyə bu qədər məvacib təklif etdi ki, qalsın
“Napoli” hücumçusu Xviça Kvaratsxeliyaya maaşını əhəmiyyətli dərəcədə artıraraq müqaviləni uzatmağı təklif edir.
Aut.az xəbər verir ki, “Footmercato”nun məlumatına görə, İtaliya klubu gürcü futbolçuya mövsümə 5 milyon avro maaş təklif edir. İndi Xviça təxminən 1,8 milyon avro qazanır.
Bildirilir ki, Kvaratsxeliyanın agenti “Napoli”dən oyunçu üçün təxminən 6 milyon avro maaş istəyir.
Bundan əvvəl mətbuatda PSJ-nin Kvaratsxeliyanı transfer etmək istədiyi barədə məlumatlar yayılıb.
Aut.az
