Özbəkistanlı UFC döyüşçüsü diskvalifikasiya edildi
Özbəkistanlı UFC döyüşçüsü, yüngül-çəki nümayəndəsi Ramazonbek Temirov qadağan olunmuş preparatlardan istifadə etdiyi üçün diskvalifikasiya alıb.
Aut.az xəbər verir ki, bu barədə “MMA Fighting” məlumat yayıb.
İdmançıda trimetazidin (TMZ) aşkarlanıb – nümunələr 12 iyun və 4 iyulda Pxuketdə götürülüb.
Bu dərman ürək çatışmazlığı və digər oxşar xəstəliklərdə təyin olunur. Trimetazidin hormon və maddələr mübadiləsi modulyatoru kimi qadağan edilmiş preparatlar siyahısına daxildir.
Nəticədə Temirov bir illik diskvalifikasiya alıb, lakin ona müsbət dopinq-testləri barədə dərhal məlumat verilmədiyi üçün cəza 2026-cı ilin 5 iyul tarixinədək qüvvədə olacaq.
Temirov son döyüşünü mart ayında keçirib və orada Çarlz Conson üzərində qələbə qazanıb.
Aut.az
