UFC-nin növbəti turnirinin vaxtı və əsas döyüşü açıqlandı
UFC aprelin 18-də Kanadanın Vinnipeq şəhərində keçiriləcək turnirin əsas döyüşünü rəsmi şəkildə elan edib.
Aut.az xəbər verir ki, gecənin əsas qarşılaşmasında braziliyalı Cilbert Börns və kanadalı Mayk Malott yarımorta çəkidə beş raundluq döyüş keçirəcəklər.
Cilbert Börns MMA-da 31 döyüş keçirib və onların 22-də qələbə qazanıb. Mayk Malott isə 16 döyüşdə 13 qələbə əldə edib.
Aut.az
