Qaydasız döyüş

Hamilə həyat yoldaşını tək qoymalı oldu: Bu səbəbə görə – FOTO

UFC ulduzu İrji Prohazka olduqca çətin vəziyyətdə qalıb.

Aut.az xəbər verir ki, çünki o, hamilə sevgilisini evdə doğuma bir neçə gün qalmış tək buraxıb. Buna səbəb isə titul döyüşünə yollanmasıdır.

Gələn həftəsonu Prohazka UFC-327 turnirinin əsas döyüşündə Karlo Ulberqlə qarşılaşacaq.

Onun sevgilisi Kamila Kordulikova hamiləliyin son günlərini yaşayır və onların ilk uşağının doğumu döyüşdən bir neçə gün sonra gözlənilir. Lakin döyüşçü bildirir ki, bu, onların ortaq qərarıdır. Onun sözlərinə görə, Kamila döyüşə “yaşıl işıq” verib, amma yalnız titula şans olduğu halda.

Prohazka vurğulayıb ki, onlar daim əlaqədədirlər və bir-birlərini dəstəkləyirlər: “Əlimdə öz missiyam var, onun da öz missiyası. Mən inanıram ki, o, bacaracaq, eləcə də mən öz vəzifəmi yerinə yetirməliyəm”.

Eyni zamanda Kamila etiraf edib ki, bu dövr onun üçün psixoloji baxımdan çətindir, çünki doğumun dəqiq nə vaxt başlayacağını əvvəlcədən bilmək mümkün deyil və onu tək yaşamaq məcburiyyətində qalacaq.

Xatırladaq ki, Prohazka və Ulberq arasında döyüş bu bazar, 12 aprel tarixində keçiriləcək.

Aut.az