İslam karyerasını bu tarixdə bitirəcək – Həbib açıqladı
UFC “Şöhrət Zalı”nın üzvü Həbib Nurməhəmmədov komanda yoldaşı və dostu İslam Mahaçevin MMA-dan nə vaxt ayrılacağı ilə bağlı fikir bildirib.
Aut.az xəbər verir ki, Nurməhəmmədov bu barədə fanatları ilə görüş zamanı deyib.
“İslam, düzünü desəm, yaşına görə, bir il yarım, iki il sonra bitirəcək. Oktyabrda 34 yaşı olacaq. Heç kim əvvəlki kimi deyil, yeri gələndə adını soruşmur. Qocalırsan, başa düşürsən? Vaxtı gələndə bitirməlisən. Mən 32-də bitirdim, amma həyatla bağlı situasiyalarım var. Məncə, 35 ən uyğun vaxtdır, gənclərə yol vermək lazımdır”, – Həbib deyib.
Aut.az
