Qaydasız döyüş

UFC çempionu cəzalandırıldı: İnsidentə görə

Keçmiş UFC çempionu Şon Striklend Nevada ştatının Atletika Komissiyası tərəfindən 6 ay müddətinə diskvalifikasiya olunub.

Aut.az xəbər verir ki, amerikalı MMA döyüşçüsü iyun ayında Las-Veqasdakı “Tuff-N-Uff” turnirində baş verən insidentə görə cəzalandırılıb. Həmin vaxt Striklend qəfəsə daxil olaraq komanda yoldaşını məğlub edən rəqiblə dava etməyə cəhd etmişdi.

34 yaşlı Striklend əlavə olaraq 5 min dollar məbləğində cərimə ödəyəcək. Onun cəzası 29 dekabradək qüvvədə qalacaq, lakin döyüşçü qəzəbə nəzarət kurslarına qatılacağı təqdirdə bu müddət azaldıla bilər.

Aut.az