Qaydasız döyüş

Fiziyev onunla döyüşmək istəyir: Məni təəccübləndirdi

UFC döyüşçüsü Rafael Fiziyev yaxın vaxtlarda kiminlə döyüşmək istədiyi haqda danışıb.

Aut.az xəbər verir ki, ötən ilin sentyabrında Fiziyev polyak Mateuş Qamrotla döyüşdə ciddi zədə alıb və o vaxtdan bəri döyüşməyib.

“Qamrota məğlubiyyətdən və əməliyyatdan sonra menecerimlə danışırdım və dedim: “Lənət olsun, mən bu oğlanla yenidən döyüşmək istəyirəm”. Mən bir döyüşçünün təzyiqini hiss etmək istəyirəm. Elit bir güləşçiyə qarşı özümü sınamaq istəyirəm. Mənə Qamrotla döyüş versələr, bu, ideal olardı.

Mən hər kəslə – reytinqdə məndən yüksək olanlarla da, reytinqdə məndən aşağı olanlarla da döyüşməyə hazıram. İlk 10-luqdakı yerimə layiq olduğumu sübut etmək istəyirəm.

Qamrot-Hooker döyüşü dəlilik idi. Qamrotun hərəkətləri məni təəccübləndirdi”, – Fiziyev “Submission Radio”ya müsahibəsində deyib.

Aut.az