Qaydasız döyüş

Həbib yetirməsinin debüt edəcəyini bildirdi: Qığılcım olacaq

UFC əfsanəsi Həbib Nurməhəmmədov bildirib ki, komandasının döyüşçüsü Sayqid İzaqaxmaev tezliklə Amerika UFC promosyonunda debüt edəcək.

Aut.az xəbər verir ki, Həbib bu barədə sosialşəbəkədə yazıb.

“Vatsaki bir neçə aydan sonra UFC-də debüt edəcək. O deyir ki, qığılcım olacaq”, – Həbib sosial şəbəkədə İzaqaxmaevin şəklini əlavə edərək yazıb.

Saiqid İzaqaxmaev yarımorta çəki dərəcəsində mübarizə aparır: o, MMA-da 23 döyüş keçirib və onlardan 21-də qalib gəlib.

Aut.az