Qaydasız döyüş

Mən milyonçuyam, onlar isə oturub pivə içirlər: Həmzət kimləri deyir?

Məşhur UFC döyüşçüsü Həmzət Çimaev onun oktaqonda fiziki durumunu tənqid edənlərə cavab verib.

Aut.az xəbər verir ki, avqustun 17-də Çimayev Çikaqoda (ABŞ) UFC 319 turnirində cənubi afrikalı Drikus Dyu Plessiyə qarşı UFC orta çəki dərəcəsində titul döyüşü keçirəcək.

– Fiziki dözümünüzü tənqid edənlərə cavab verin. Deyirlər ki, birinci raunddan sonra gücünüz qalmır.

– Mənim çəki dərəcəmdə daha bir məğlubiyyətsiz döyüşçünü görmüsünüz? Yox, yalnız mən varam. Mən yoruluram? Hamını əzmişəm, qardaş! Mən bu tənqidə əhəmiyyət vermirəm. Mən milyonçuyam, onlar isə oturub pivə içirlər. Çox işləyirəm. Lazım olsa, 25 dəqiqə döyüşəcəm”, – Çimaev “MMA Junkie”yə müsahibəsində deyib.

Həmzət Çimaev 14 MMA döyüşü keçirib və hamısında qalib gəlib.

Aut.az