Qaydasız döyüş

UFC çempionu həbsxanadan çıxdı

42 yaşlı keçmiş UFC çempionu (120 kq), amerikalı Keyn Velaskes bu gün, 15 fevralda həbsxanadan çıxdığını açıqlayıb.

Aut.az xəbər verir ki, o, 2022-ci ildə törətdiyi qanunsuz odlu silahla qəsd cəhdi və hücuma görə beş illik həbs cəzası çəkirdi.

Velaskes sosial media səhifəsində yazıb:

“15 fevralda həbsdən azad edildikdən sonra San Xose bölgəsində bir günlük holotropik nəfəs alma seminarı keçirmək ideyasını araşdırıram. Nəfəs alma mənim üçün fiziki, zehni və mənəvi cəhətdən güclü bir vasitəyə çevrilib və mən bunu rahat bir mühitdə başqaları ilə bölüşmək istərdim”.

Xatırladaq ki, Velaskes 2022-ci ilin fevral ayında oğluna təcavüz etməkdə ittiham olunan bir kişinin maşınına bir neçə dəfə atəş açdığına görə həbs olunmuşdu. 2025-ci ilin fevral ayında Keyn beş il müddətinə azadlıqdan məhrum edilmişdi.

Aut.az