Cəmisi 35 oyun bəs etdi ki…
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland daha bir rekorda imza atıb.
Aut.az xəbər verir ki, norveçli futbolçu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun “Leypsiq”lə matçda qol vurmaqla buna nail olub. 23 yaşlı forvard üçün bu, turnirdəki 40-cı qol olub. Haaland Çempionlar Liqası tarixində bu həddə ən sürətli çatan futbolçu olub. Bunun üçün ona 35 matç bəs edib.
Qeyd edək ki, əvvəlki rekord 45 oyunda 40 qol vuran Ruud van Nistelroya məxsus idi.
