Almaniya

Almaniyada azarkeşlər arasında kütləvi dava – VİDEO

“Maynts” və “Ayntraxt” azarkeşləri arasında kütləvi dava düşüb.

Aut.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb. Bildiurilir ki, dava nəticəsində bir çox insan müxtəlif dərəcəli xəsarətlər aldılar. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldikdən sonra hər iki komandanın azarkeşləri müxtəlif istiqamətlərə səpələnməyə başlayıblar. Bununla belə, polis 40-a yaxın adamı həbs edə bilib, onlardan bəziləri yaralanıb. Onların mobil cihazları da əlavə araşdırma üçün müsadirə edilib.

Saxlanılanların ictimai asayişi pozmaqda ittiham olunduğu vurğulanır.

Aut.az