Əmrə Can emosiyası: Ağlasığmazdır, iki gün əvvəl…
Almaniya millisinin yarımmüdafiəçisi Əmrə Can Bundesteamın Şotlandiyanı 5:1 hesabı ilə məğlub etdiyi Avro 2024-ün açılış matçından və qol vurmasından sonra duyğularını bölüşüb. Xatırladaq ki, 30 yaşlı futbolçu yarımmüdafiəçi Aleksandr Pavloviçin əvəzinə milliyə çağırılıb.
“Ağlasığmazdır. İki gün əvvəl çimərlikdə dincəlirdim. Çərşənbə günü mənə zəng etdilər, cəmi bir dəfə məşq etdim. Mən çox xoşbəxtəm və həm Yulian Naqelsmann, həm də onun məşqçilər heyətinə minnətdaram”, – Can bildirib.
Xatırladaq ki, Can matçın 80-ci dəqiqəsində meydana daxil olub, 90+3-cü dəqiqədə isə yarımmüdafiəçi Almaniyanın 5-ci qolunu vurub.
Aut.az
