Avropa Çempionatı

Gürcüstan – Çexiya matçının ən yaxşı oyunçusu bəlli oldu

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Gürcüstan – Çexiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Aut.az xəbər verir ki, gürcüstanlı qapıçı Georgi Mamardaşvili qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

Qolkiper 11 dəfə komandasını qoldan xilas edib.

Qeyd edək ki, görüş heç-heçə yekunlaşıb – 1:1.