Dünya futbolu

Məşhur klub fəaliyyətini dayandırır: Acınacaqlı vəziyyətdədir

Ukraynanı Konfrans Liqasında təmsil etməli olan “Dnepr-1” çox güman ki, yaxın gələcəkdə fəaliyyətini dayandıracaq.

Aut.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist İqor Burbas bildirib.

“Dnepr-1” Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Puskas Academy” ilə oyuna belə çıxmaya bilər və biz startda avrokuboklarda bir klubsuz qala bilərik. Məndə olan məlumata görə, “Dnepr-1” çox güman ki, ömrünün son günlərini yaşayır.

Heyətdə heç kim yoxdur, hamı az qala qaçıb. Hələ müqavilədə olanları saydım və 11 nəfərin getdiyi bəlli oldu. Hətta U-19-un da futbolçuları gedib.

Komandaya ən azı bu ayın sonuna kimi yanvar ayına olan borclarını ödəyəcəyi vəd edilib. Mən bildiyimə görə hələ də ödəməyiblər. Problem maliyyədir. İndi “Dnepr-1” futbolçuları satmaqla pul əldə etmək istəyir. Bütün aktivlərini, hazırda sahib olduğu hər şeyi, pula dəyər olan bütün futbolçuları satır.

Bazada heç kim yoxdur, bütün sahələrdə otlar yanıb. Baxmaq üçün aqronom yoxdur, beş aqronom var – birini müharibəyə  aparıblar, dördü isə yanvar ayından maaş almadıqlarını deyir”.

Aut.az