“Bavariya” onunla müqaviləni uzatmaq istəyir
“Bavariya”nın direktoru Maks Eberl komandanın yarımmüdafiəçi Coşua Kimmixlə bağlı danışıb.
Aut.az xəbər verir ki, klub rəsmisi onunla müqaviləni uzatmaq istədiklərini bildirib:
“Müqavilənin uzadılması ilə bağlı çox yaxşı və səmərəli söhbətimiz oldu. Danışıqlar davam edəcək. Düşünürəm ki, Almaniyada onun haqqında ümumi təsəvvür reallığa uyğun gəlmir. Coşua uzun illərdir ki, “Bavariya” üçün vacib oyunçu olub və belə qalmalıdır”.
Qeyd edək ki, Kimmixin Münhen klubunun hazırkı müqaviləsinin müddəti mövsümün sonuna qədərdir.
Aut.az
