Dünya futbolu

Ya mənim çılpaq şəkillərim, ya da baş məşqçi: Məşhur model bu kluba ultimatum verdi

Məşhur Çili model, “O’Higgins” klubunun azarkeşi Daniella Çaves ardıcıl uğursuz nəticələrdən sonra komanda ətrafında böyük qalmaqala səbəb olub.

Aut.az xəbər verir ki, sosial media ulduzu baş məşqçi Lukas Bovallonu sərt tənqid etdi və hətta ultimatum da verib: məşqçi işdən çıxarılana qədər açıq-saçıq məzmun paylaşmağı dayandıracağam.

Çavesin sözlərinə görə, komandanın zəif çıxışı onu o qədər məyus edib ki, hətta şəxsi həyatına da təsir edib:

“O, hətta seks istəyimi də əlimdən alıb. Sadəcə istəyirəm ki, baş məşqçi getsin və bəzi oyunçuları da özü ilə aparsın”.

“O’Higgins” hazırda Çili çempionatında yeddi turdan sonra doqquzuncu yerdədir və Libertadores Kubokunun seçmə mərhələsində də mübarizəni dayandırıb.

Maraqlıdır ki, Çavesin onlayn təsiri həqiqətən də böyükdür, çünki onun səhifələrini milyonlarla pərəstişkarı izləyir, ona görə də onun açıqlaması tez bir zamanda sosial mediada yayılıb.

Aut.az

Onun çılpaq fotoları və ya məşqçisi: Porno ulduzu və OnlyFans modeli Çili klubuna sərt ultimatum verdi