Dünya futbolu

“Barselona” pul üçün görün nəyi satır

Ciddi maliyyə problemləri yaşayan “Barselona” əlavə pul qazanmaq şansı əldə edib.

Aut.az xəbər verir ki, adı açıqlanmayan Qətər klubu Kataloniya təmsilçisinin adını almaq üçün pul təklif edib. Bu barədə CCMA məlumat yayıb.

Bildirilir ki, həmin klubun rəhbərliyi bununla bağlı artıq rəsmi müraciət ünvanlayıb və cavab gözləyir. “Barselona” adını daşımaqdan üçün “Barsa”ya 100 milyon avro ödəməyə hazırdırlar.

Qeyd edək ki, La Liqa klubunun prezidenti Xoan Laporta bu müddət öncə yeni maliyyə dayaqları tapmaq üçün Qətərə səfər edib və iş adamları ilə görüşüb. Bu məsələnin həmin səfər zamanı müzakirə edildiyi güman edilir.