Avro-2023: Ukrayna millisinin 1/4 finaldakı rəqibi
21 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatında 1/4 finalçılar məlum olub.
Aut.az xəbər verir ki, son mövsümü icarə əsasında “Sabah”da keçirən Aleksey Kaşukun formasını geyindiyi Ukraynanın U-21 yığması bu mərhələdə Fransa ilə üz-üzə gələcək.
Gürcüstanın U-21 millisinin rəqibi isə İsrail olacaq.
Avropa çempionatı, U-21
1/4 final
Gürcüstan – İsrail
İspaniya – İsveçrə
İngiltərə – Portuqaliya
Fransa – Ukrayna
