Onu qovmayacaqlar: Plan uzunmüddətlidir
Luis Enrikenin PSJ-dəki gələcəyi Çempionlar Liqasındakı nəticələrdən asılı olmayacaq.
Paris klubu sabah Çempionlar Liqasının qrup mərhələsinin son turunda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. PSJ hazırda F qrupunda “Nyukasl” və “Milan”ı 2 xal qabaqlayaraq 2-ci yerdədir.
“L’Equipe”nin məlumatına görə, PSJ bu turnirdən kənarlaşdırılacağı təqdirdə baş məşqçini qovmayacaq. Klub sahibinə yaxın insanlar iddia edirlər ki, plan uzun müddət üçün qurulub və artıq fərdi uğursuzluqlara reaksiya verilmir.
Parislilər Enrikeyə öz layihəsini reallaşdırmaq imkanı vermək istəyirlər – o, bu klubda işləmək üçün düzgün adam hesab olunur və komandaya iddialı xarakter aşılamağı bacarır. Rəhbərlik Enrikenin gələcəkdə Çempionlar Liqasını qazana biləcəyinə inanır.
Aut.az
