FİFA rus futbolçunun millidə oynamasına icazə vermədi
FİFA “Budo-Qlimt”in qapıçısı Nikita Haykinə Norveç millisində çıxış etməyə icazə verməyib.
Aut.az xəbər verir ki, bu barədə NRK portalı məlumat yayıb.
Bildirilir ki, Haykinin Norveç millisində oynaması ilə bağlı FIFA ilə danışıqlar davam edir.
Rusiyalı qolkiper Norveç vətəndaşlığı alıb. 30 yaşlı Haykin İsrailin Netanya şəhərində anadan olub. İki ildən sonra ailəsi Rusiyaya köçüb. Qapıçı karyerasına “Torpedo”da başlayıb, daha sonra Moskva “Dinamo”sunun, eləcə də İngiltərənin “Çelsi”, “Portsmut” və “Ridinq” klublarının akademiyalarında çıxış edib.
Haykin 2019-2022-ci illərdə “Budo-Qlimt”də oynayıb, 2023-cü ildə isə yenidən kluba qayıdıb. Federasiya dəyişdirmək istəyən və yaşı 18-dən yuxarı olan futbolçu yeni ölkənin ərazisində ən azı beş il fasiləsiz yaşamalıdır.
Aut.az
