Dünya futbolu

Dietoloqu heyrətləndirib – Ronaldonun bədəninə necə qulluq etməsi

“Əl-Nəsr”in dietoloqu Xose Blesa 38 yaşlı Kriştiano Ronaldonun bədəninə münasibətindən danışıb.

“Onun bədəninə qayğısı və ambisiyaları 16 yaşında olduğu kimidir. Futbolçunun bədəninə necə qulluq etməli olduğu baxımından bütün digər oyunçulara nümunədir.

Yerli oyunçuların onlara nizam-intizam öyrədəcək idman məktəbi yox idi. Amma biz bunu tədricən onlara aşılayırıq. Kriştiano kimi Avropadan gələn və bütün qaydalara əməl edən, xüsusən də onun pəhrizinə baxan futbolçular da eyni şeyi edir”, – “Relevo” Blesanın sözlərini sitat gətirib.

Xatırladaq ki, Ronaldo 2023-cü ildə klub və milli komandada keçirdiyi 58 görüşdə 53 qol vuraraq bombardir olub.

Aut.az