Dünya futbolu

Messi azyaşlı azarkeşini belə sevindirdi – VİDEO

“İnter Mayami”nin məşqindən sonra duyğunu anlaryaşanıb.

Aut.az xəbər verir ki, Argentina millisinin formasını geyinmiş azyaşlı azarkeş kumiri Lionel Messini görüb.

Ulduz futbolçu fanatının yanına yaxınlaşaraq onu möhkəm qucaqlayıb. Həyəcanını gizlədə bilməyən uşaq Messi ilə görüş zamanı göz yaşlarına hakim ola bilməyib. Yanında dayanan atası isə bu anı qürurla izləyib.

Hadisənin videosu qısa zamanda sosial şəbəkələrdə yayılaraq yüz minlərlə baxış toplayıb. Şərhlərdə istifadəçilər yazıblar: “Bu oğlan üçün həyatının arzusu gerçəkləşdi” və “Messi bir daha sübut etdi ki, onu təkcə futbolçu kimi deyil, insan kimi də sevirlər”.

Aut.az