Dünya futbolu

Artıq azad agentdir: İstədiyim kluba gedə bilərəm

Memfis Depay yeni mövsümdə başqa klubda çıxış edəcəyini bildirib.

Aut.az xəbər verir ki, Depay son il yarımdır ki, “Atletiko”da oynayır. O, ötən mövsüm klubda 31 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

“İndi azad agentəm, istədiyim kluba gedə bilərəm. Amma indi buna qətiyyən əhəmiyyət vermirəm. Bütün fikirlərim Avropa çempionatı ilə bağlıdır”, – “De Telegraaf” 30 yaşlı futbolçudan sitat gətirib.

Depay Niderlanda, daha doğrusu PSV-yə qayıtmağa hazır olmadığını açıqlayıb. “Hazırda mən bunu belə görmürəm. PSV həmişə evim olacaq. Yaxşı işləyirlər, çempion oldular və Çempionlar Liqasında oynayırlar. Mən hazırda bu variant üzərində işləmirəm”, – forvard əlavə edib.

Aut.az