Onun vaxtında “Çelsi” bu gündə olub: Oyunçular yerdə oturmalı idi
“Çelsi”nin keçmiş baş məşqçisi Qrem Potter onun işlədiyi dövrdə komandadakı durum haqda danışıb.
Aut.az xəbər verir ki, Potter futbolçuların sayının həddindən artıq çox olduğunu bildirib.
“Bəzi oyunçular sadəcə yerdə oturmalı idi. Təbii ki, bu ideal deyil. Hamı başa düşdü ki, bu, həqiqətən çətin bir vəziyyətdir, çünki siz yalnız 11 oyunçu ilə başlaya bilərsiniz və əgər oynamayan 20 oyunçunuz varsa, hansı mövqedə olmağınızın əhəmiyyəti yoxdur. “Bəli, bu mənim üçün ən yaxşı vəziyyətdir” deyən bir məşqçi tapsanız, çox təəccüblənərəm”, – Potter deyib.
Aut.az
