Almaniyaİngiltərə

İki İngiltərə nəhənginin niderlandlı uğrunda mübarizəsi

“Liverpul” yay transfer pəncərəsinin son günlərində daha bir transfer reallaşdırmaq istəyir.

Aut.az xəbər verir ki, “qırmızılar” “Bayern”in 21 yaşlı yarımmüdafiəçi Rayan Qravenberxi heyətinə qatmağı planlaşdırır. Mersisaydlılar niderlandlı futbolçunun keçidi üçün əzəli rəqibi “Mançester Yunayted”lə mübarizə aparmaq niyyətindədir.

Rayana gəlincə, daha çox oyun keçirmək üçün klubunu dəyişməyə hazırdır.

Qravenberx ötən mövsüm 33 matçda iştirak edib və bir məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin “Bayern” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyun ayınına kimidir.

Qeyd edək ki, “Mançester Yunayted” niderlandlı futbolçunu pulsuz transfer etmək istəyir. Bunun üçün qarşı tərəfə Skot MakTomineyi təklif edib.