“MLS-i qazanmaq Çempionlar Liqasını qazanmaqdan daha çətindir”
“İnter Mayami”nin yarımmüdafiəçisi Rodrigo De Paul ABŞ MLS liqasını qazanmağın UEFA Çempionlar Liqasın sahib olmaqdan daha çətin olduğunu bildirib.
Aut.az xəbər verir ki, De Paul “The Touchline” portalına verdiyi açıqlamada deyib: “Düşünürəm ki, MLS-i qazanmaq Çempionlar Liqasını qazanmaqdan daha çətindir”.
De Paul 2025-ci ildən “İnter Mayami”də çıxış edir. DÇ-2022-nin qalibinin klubla mövcud müqaviləsi 2029-cu ilin dekabr ayının sonuna qədər qüvvədədir.
Aut.az
