Dünya futbolu

O da karyerası ilə bağlı qərar verdi

Luka Modriç Xorvatiya yığmasındakı karyerası ilə bağlı qərar verib.

Aut.az xəbər verir ki, bu barədə futbolçu özü danışıb. O, qərarını  Millətlər Liqasının oyunlarından sonra açıqlayacağını deyib:

“Hazırda fikirlərim Millətlər Liqası ilə bağlıdır və turnirdən sonra karyeram barədə danışmaq mümkün olacaq.

Artıq milli komandadakı gələcəyimlə bağlı qərar vermişəm, lakin hələ ki, bunu açıqlamaq istəmirəm”.

Xorvatiya Millətlər Liqasının yarımfinalında Niderlandla qarşılaşacaq.

Aut.az