Qaydasız döyüş

Təhqirə görə İslamdan üzr istədi

Yüngül çəkidə UFC döyüşçüsü Dastin Pore İslam Maxaçevlə döyüşdən əvvəl davranışını izah edib.

Aut.az xəbər verir ki, Pore mətbuat konfransı zamanı rusiyalını təhqir etsə də, daha sonra üzr istəyib.

“Ona bildirmək istəyirdim ki, onun ailəsi haqqında heç vaxt heç nə deməyəcəyəm. Mətbuat konfransında mən onu təhqir etdim.  Bunu etməyi planlaşdırmırdım, sadəcə üz-üzə qaldıq. Görünür, Dağıstanda belə təhqirləri hərfi mənada qəbul edirlər.

Mən heç vaxt onun ailəsini təhqir etmərəm. Ailəsinə ancaq səadət arzulayıram. Mən bunu şəxsən ona demək istədim ki, anlaşılmazlıq olub”, – Pore bildirib.

Maxaçev beşinci raundda rəqibinə boğucu fənd tətbiq edərək onu təslim olmağa məcbur edib.

Aut.az