Azərbaycan futbolu

“Kəpəz”də ayrılıq

Elçin Əlicanovun “Kəpəz”lə müqaviləsi başa çatıb və futbolçu Gəncə təmsilçisinin sıralarını tərk edib.

Aut.az xəbər verir ki, Əlicanov son üç ildə “sarı-göylər”in şərəfini qoruyub.

Onun Gəncədəki karyerası 2021-ci ildə I Diviziondan başlayıb. Müdafiəçi iki mövsüm də “Kəpəz” ilə Premyer Liqada oynayıb.

“Kəpəz” xidmətlərinə görə Elçin Əlicanova təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.