İtaliya

“Milan”ın futbolçusu ili erkən başa vurdu

“Milan”ın yarımmüdafiəçisi İsmael Bennaser mövsümün ilk yarısını buraxacaq.

Aut.az İtaliya klubunun mətbuat xidməti xəbər verir ki, Bennaser baldır əzələsindən aldığı ağır zədə səbəbindən əməliyyat olunub. Əlcəzairli futbolçunun 4 aya qədər yaşıl meydanlardan uzaq qalacağı da məlum olub.

“Transfermarkt” Bennaserin dəyərini 30 milyon avro olaraq qiymətləndirir. Onun “Milan”la müqaviləsi 2027-ci ilin iyununa qədərdir.

“Qırmızı-qaralar” 4 turdan sonra A Seriyasının turnir cədvəlində 5 xalla 9-cu yerdədir.

Aut.az