İtaliya

Müqavilə uzadılmayacaq – Bu ölkəyə gedir

“Roma”nın baş məşqçisi Joze Mourinyo müqaviləsinin müddəti başa çatanda – yayda İtaliya komandasını tərk edəcək.

Aut.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

Mənbənin sözlərinə görə, portuqaliyalı çalışdırıcı ilə müqavilə uzadılmayacaq. Tərəflər arasında danışıqlar mövsümün sonuna kimi planlaşdırılmır.

Qeyd olunur ki, Mourinyo komandasız qaldıqdan sonra Səudiyyə Ərəbistanının bir neçə klubu portuqaliyalı ilə müqavilə bağlamağa cəhd edəcək.

Xatırladaq ki, Mourinyo 2021-ci ildən “Roma”nı çalışdırır. O, Roma klubu ilə 2021/2022 mövsümündə Konfrans Liqasının qalibi olub. Hazırda “Roma” İtaliya çempionatının turnir cədvəlində 10-cu yerdədir. Mourinyonun komandasının səkkiz turdan sonra 11 xalı var.

Aut.az