Avro-2024: Daha 3 yığma…
Avro-2024-ün seçmə mərhələsində bu gün 8-ci tura yekun vurulacaq.
Aut.az xəbər verir ki, son gündə üç qrupda oyunlar keçiriləcək.
C qrupunda İngiltərə, G qrupunda Macarıstan, H qrupunda isə Danimarka final mərhələsinə vəsiqə qazana bilərlər. İngiltərə və Macarıstan qələbə təqdirində buna nail olacaqlarsa, Danimarka qrupun digər görüşlərində də ona sərf edən nəticələrə ümid etməlidir.
Qeyd edək ki, indiyə qədər ev sahibi Almaniya ilə yanaşı, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə və Avstriya Avropa çempionatına vəsiqəni rəsmiləşdiriblər.
Avro-2024: Seçmə mərhələ, 8-ci tur
17 oktyabr
C qrupu
22:45. Malta – Ukrayna
22:45. İngiltərə – İtaliya
G qrupu
22:45. Litva – Macarıstan
22:45. Serbiya – Monteneqro
H qrupu
20:00. Finlandiya – Qazaxıstan
22:45. Şimali İrlandiya – Sloveniya
22:45. San Marino – Danimarka
