Bu 3 futbolçu U-21-ə qoşuldu
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə daha üç futbolçu dəvət olunub.
Aut.az AFFA-nın saytına istinadən xəbər verir ki, Bolqarıstanın “Arda” klubunun üzvü Cəlal Hüseynov, “Qəbələ”nin futbolçusu Emin Səfərov və “Qarabağ”ın oyunçusu Nəriman Axundzadə U-21-in düşərgəsinə qoşulub.
Bu futbolçular əsas millinin Avro-2024-ün seçmə mərhələ oyunlarına dəvət alsalar da, onlardan yalnız Səfərov bir oyunda əvəzetmədən meydana çıxıb.
Qeyd edək ki, bu gün “Azersun Arena”da keçiriləcək sözügedən görüş saat 18:00-da başlayacaq.
