İtaliya

İbra qayıdır?

Zlatan İbrahimoviç sabiq komandası “Milan”a məşqçi kimi qayıda bilər.

Aut.az xəbər verir ki, bu barədə “Corriere della Sera” məlumat yayıb.

İbrahimoviç hazırda “Milan”ın sahibi Cerri Kardinalenin məşqçilər korpusunda yer almaq təklifini nəzərdən keçirir. İsveçli karyerasını bitirdikdən sonra nə etmək istədiyinə hələ qərar verməyib.

Qeyd edək ki, İbrahimoviç 2023-cü ilin yayında karyerasını elə İtaliya təmsilçisində başa vurub.