“Milan”ın əfsanəsi bu ərəb klubunda vəzifə tutacaq
“Milan”ın əfsanəvi futbolçusu Paolo Maldini “Əl-İttihad”ın yeni direktoru ola bilər.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, Maldini Səudiyyə klubunun yeni direktoru vəzifəsinə əsas namizəddir. “Milan”ın keçmiş direktoru yaxın gələcəkdə qərar verməlidir.
Yayda Maldini 2019-cu ildən çalışdığı “Milan”ın texniki direktoru vəzifəsindən istefaya göndərilib.
Aut.az
