“Real” bu həftə elan edəcək: Yeni müqavilə, 1 milyard…
“Real” cari müqaviləsi 2025-ci ilin ortalarında başa çatacaq braziliyalı forvard Rodriqo ilə yeni müqaviləni bu həftə elan edəcək.
Aut.az xəbər verir ki, yeni müqavilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq. Futbolçunun müqaviləsindəki bənd – buraxılış üçün kompensasiya 1 milyard avro olacaq. Eyni şərtlərlə Vinisius Junior tərəfindən də müqavilə imzalanıb.
22 yaşlı Rodriqo bu mövsüm 14 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az
