DÇ: Azərbaycan Portuqaliyaya qarşı
Bu gün minifutbol üzrə dünya çempionatında pley-off mərhələsinin oyunlarına start veriləcək.
Aut.az xəbər verir ki, qrup mərhələsini maksimum nəticəylə başa vuran milli komandamız 1/8 finalda Portuqaliya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan yığması qrup mərhələsində İraqı 2:0, Misiri 4:1, Küveyti isə 3:1 hesabı ilə məğlub edib.
