İspaniya

“Barselona”dan ulduz futbolçunun zədəsi ilə bağlı açıqlama

“Barselona” yarımmüdafiəçi Frenki de Yonqun zədəsi ilə bağlı rəsmi açıqlama yayıb.

Aut.az xəbər verir ki, futbolçu zədə səbəbindən Niderland yığmasının düşərgəsini tərk edib. O, Polşa ilə (1:1) oyunda start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə zədələndiyi üçün əvəzlənib.

“Frenki de Yonqun sağ ayağının xarici bağlayıcı əzələsində yüngül zədə aşkarlanıb. Onun meydana nə vaxt qayıdacağını bərpa prosesi müəyyən edəcək”, – deyə açıqlamada bildirilir.

Aut.az