İspaniya

Rafinya o şayiələr haqda: “Barsa”ya gəldiyim ilk gündən…

“Barselona”nın hücumçusu Rafinya bildirib ki, Kataloniya klubuna qoşulduqdan bəri mətbuat daim onunla bağlı şayiələr yayır.

Aut.az xəbər verir ki, “Mundo Deportivo” Rafinyanın sözlərini sitat gətirib:

“Barselona”ya qoşulduğum ilk gündən bəri klubdan ayrılmağımla bağlı şayiələr gəzir. Düşünürəm ki, insanlar məni burada görməkdən xoşlanmırlar. Xüsusilə də mətbuat… Bir jurnalist var ki, yalnız yalan yazır.

O, klub rəhbərliyi ilə qalıb-qalmayacağımı müzakirə etmək üçün görüşdüyümü iddia edib. Bu adam tamamilə yalançıdır. Ağzından çıxan şeylər həmişə tamamilə absurd olur”.

Rafinya bu mövsüm bütün turnirlərdə 31 oyunda 19 qol vurub və 8 məhsuldar ötürmə edib.

Aut.az