“El klasiko”da terror aktı
“Barselona” ilə “Real” arasında keçirilən oyunların birində terror aktı planlaşdırılıbmış.
Aut.az xəbər verir ki, bu barədə məlumatı As nəşri yayıb. Terror aktı “el klasiko”nun “Kamp Nou”da keçirildiyi vaxt planlaşdırlıb.
Amma təhlükəsizlik qüvvələri terror aktının qarşısını alıblar. Şübhəli qismində isə Məhəmməd Yasin Amrani adlı şəxs həbs edilib.
Artıq onun məhkəməsi də yekunlaşıb və 3 il müddətinə azadlıqdan məhrum olunub.
Təhlükəsizlik qüvvələri Amraninin onlayn fəaliyyətini izləyərkən onun terror aktı hazırladığından xəbər tutublar.
Aut.az
