“Barsa”nın dərdi bitmir: Onları qeydə almırlar
“Barselona” 2025/26 mövsümü üçün komandanın yeni transferlərini qeydiyyatdan keçirməkdə gecikmə ilə üzləşib.
Autaz xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Bildirilir ki, oyunçuların qeydiyyatı gələn həftə, La Liqanın ilk turunda “Mayorka”ya qarşı keçiriləcək oyundan əvvəl (16 avqust) baş tutmalıdır.
Gecikmənin əsas səbəbi klubda audit prosesinin hələ də davam etməsidir. Yoxlamanı “Crowe Spain” şirkəti aparır və yekun hesabat hələ də La Liqaya təqdim edilməyib.
“Barselona” qapıçı Xoan Qarsiya, müdafiəçi Martin Jerar, hücumçu Markus Reşford və yarımmüdafiəçi Runi Barcini qeydiyyatdan keçirməlidir.
