Əfsanənin özündən 12 yaş böyük sevgilisi – FOTOLAR
Bir neçə gün öncə Sesk Fabreqas təqaüdə çıxdığını elan etdi O, bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək. İtaliya təmsilçisi “Komo”nun gənclər komandasına rəhbərlik edəcək.
Onun futbolçu karyerası olduqca zəngin olub. “Arsenal”, “Barselona”, “Çelsi” kimi klublarda çıxış edən Fabreqas İspaniya millisi ilə dünya çempionu olub. Sabiq yarımmüdafiəçi eyni zamanda iki dəfə Avropa çempionu tituluna yiyələnib.


Fabreqasın karyerası ilə yanaşı şəxsi həyatı da uğurlu olub. O, livanlı Daniella Semaan ilə evlidir. Daniella 4 iyun 1975-ci ildə anadan olub: Xanım bu yaxınlarda 36 yaşı tamam olan Seskdən 12 yaş böyükdür.
Daniella dünyaca məşhur modeldir. O, bir çox qlamur jurnalların siması olub. “Instagram”da 4,6 milyondan çox izləyicisi var.


Fabreqas Semaanın həyatındakı “ikinci bahar”dır. Birinci həyat yoldaşı daşınmaz əmlak maqnatı Eli Taktuk olub. İlk evliliyindən Daniellanın iki övladı var – qızı Məryəm və oğlu Cozef. O, 2011-ci ildə boşanıb.
Sesklə Semaan elə həmin il tanış olublar. Taleyüklü görüş Londondakı yapon restoranında baş tutub. Fabreqas o zaman “Arsenal”da çıxış edirdi. Lakin “Barselona”ya keçmək üzrə idi.


Cütlüyün mnüsibətləri 2012-ci ildə başlayıb. Lakin toy 6 il sonra keçirilib. Onların bu münasibətdən ikisi qız, biri oğul olmaqla 3 övladı var. Daniella Seskin futbol həyatındakı ən böyük dəstəkçilərindən biridir. Xanımın Fabreqasın karyerasını bitirmək qərarına sosail şəbəkədə təsirli paylaşımla reaksiya verməsi bunun göstəricisidir:
“Sevgilim, sən zəhmət, fədakarlıq, ardıcıl uğurlar və nizam-intizamla əfsanəyə çevrildin. Çox çalışdın və bu, öz bəhrəsini verdi. Karyerandakı eniş-yoxuşlarda yanında olmuşam. Bu oyuna bütün ürəyini verdiyini görmüşəm. Sən inanılmaz insansan. Uşaqlarımız üçün ən gözəl nümunəsən. Sənin üçün hər şey hələ yeni başlayır”.


Yeri gəlmişkən, Semaan futbol dünyasına mükəmməl uyğun gəlir. Siz onu Messinin tətil fotolarında görmüsünüz: Çünki yaxın dostlar – Leo, Luis Suares və Seskin ailələri bir yerdə istirahət edirlər. Onlar adi günlərdə də bir araya gəlməyi xoşlayırlar. Daniella da Messinin xanımı Antonella Rokutsonun ən yaxın dostudur.

