Almaniya

Naqelsmann istefa verdi

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann komandasının 2026-cı il dünya çempionatından kənarlaşdırılmasından sonra istefa verib.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq sosial media səhifəsində məlumat verib.

2 iyun tarixində 38 yaşlı Nagelsmann Almaniya Futbol Assosiasiyasının (DFB) rəhbərliyi ilə görüşüb və orada ona istefa verməsi məsləhət görülüb. Mütəxəssis əvvəlcə bunu etmək niyyətində olmadığını bildirsə də, daha sonra fikrini dəyişib.

Yurgen Klopp milli komandanın baş məşqçisi vəzifəsinə əsas namizəddir. Məlumata görə, DFB ona bu işi təklif edərsə, qəbul edəcək.

Aut.az