Fələstinə görə klubundan qovulan futbolçu təzminatı görün nə edəcək
“Kardiff Siti”nin yarımmüdafiəçisi Ənvər Əl Qazi “Mayns”dan aldığı təzminatın bir hissəsini Qəzza zolağındakı uşaqlara kömək etmək üçün bağışlayacağını bildirib.
Aut.az xəbər verir ki, Mərakeş əsilli niderlandlı futbolçu ötən ilin sentyabrında alman klubu ilə 2 illik müqavilə imzalasa da, “Mayns” noyabrda sosial şəbəkədə Fələstinə dəstək paylaşımı etdiyi onunla sözləşməni ləğv edib.
Oyunçu qanunsuz qovulduğu üçün yerli əmək məhkəməsinə müraciət edib. Nəticədə məhkəmə “Mayns”ın yarımmüdafiəçiyə 1,5 milyon avro təzminat ödəməli olduğu barədə qərar verib.
“Bu gün “Mayns”dan əhəmiyyətli bir ödəniş aldıqdan sonra açıq şəkildə bildirmək istərdim ki, klubla hüquqi mübarizəm heç vaxt pulla bağlı olmayıb. Hər şeyə görə “Mayns”a təşəkkür etmək istərdim”. – deyə futbolçu yaşananlara münasibətini bildirib.
Aut.az
