FİFA Xorvatiyanın sayılmayan qolu ilə bağlı bəyanat yaydı: Topun içindəki sensor…
FİFA Xorvatiya millisinin 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Portuqaliya ilə oyunda (1:2) vurduğu qolun hesaba alınmamasını izah edib.
90+14-cü dəqiqədə Yoşko Qvardiol hesabı 2-2 etdi. Lakin hakimlər VAR-ı nəzərdən keçirdikdən sonra xorvatiyalı oyunçunun qolunu ofsayd hesab etdilər.
Aut.az xəbər verir ki, FİFA topun içindəki sensordan alınan məlumata istinad edib:
“Topa yerləşdirilmiş “Connected Ball” texnologiyasının verdiyi məlumatlara əsasən, Xorvatiyanın 20 nömrəli hücumçusu İqor Matanoviçin qoldan əvvəl topa toxunduğu və bu da hakimin ofsaydı düzgün şəkildə müəyyən etməsinə şərait yaradıb”.
FİFA-nın açıqlamasında deyilir ki, topun içərisinə yerləşdirilmiş sensorlar hətta ən kiçik toxunuşu belə aşkarlaya bilir və rəsmilərə sürətli və dəqiq qərarlar qəbul etmək üçün məlumat verir.
Aut.az
